“Deyəsən, ATƏT-in həmsədrləri C.Məmmədquluzadənin “Ölülər” əsərini oxuduqdan sonra Şeyx Nəsrullah obrazına bürünmək istəyirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.
Deputatın sözlərinə görə, 30 il ərzində bu təşkilat heç bir işlə məşğul olmayıb:
“Öz evində umac ova bilməyənlər, başqasına əriştə kəsmək istəyirlər. Onlar hələ öz aralarındakı münaqişələri həll edə bilmirlər. Həmsədrlər etiraf etməsələr belə, faktiki olaraq onlar arasında 3-cü dünya müharibəsi davam edir.
İndi onlar necə Azərbaycan-Ermənistan münasibətlərini həll edəcəklər? Bu təşkilat ölüb, onun fatihəsi verilib, bu məsələni birdəfəlik həll etmək lazımdır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:16 / 08.07.2022
“Həmsədrlər Şeyx Nəsrullah obrazına bürünüblər” – DEPUTAT
Hazırda oxunan: “Həmsədrlər Şeyx Nəsrullah obrazına bürünüblər” – DEPUTAT
Hazırda oxunan: “Həmsədrlər Şeyx Nəsrullah obrazına bürünüblər” – DEPUTAT
82889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.