Spiker Oqtay Əsədov:

Spiker Oqtay Əsədov: "Kartdan pul çıxara bilmirəm"

Hazırda oxunan: Spiker Oqtay Əsədov: "Kartdan pul çıxara bilmirəm"

82870

 


Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov post-terminalların işləməməsindən şikayətlənib.

 

Virtualaz.org-un məlumatına görə, O.Əsədov vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, post-terminalların fəaliyyəti haqqında fikirləşmək lazımdır: "Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, post-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, post-terminallar işləmir, nə edək? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO