“Zəngəzur dəhlizi bölgəyə çox böyük faydalar verəcək” - Türkiyə səfiri 

“Zəngəzur dəhlizi bölgəyə çox böyük faydalar verəcək” - Türkiyə səfiri 

Hazırda oxunan: “Zəngəzur dəhlizi bölgəyə çox böyük faydalar verəcək” - Türkiyə səfiri 

82778

“Bu gün geosiyasi reallıqlar dəyişib”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib. 

Apa.az-ın məlumatına görə, səfir geosiyasi reallıqların dəyişməsinə səbəb kimi, Rusiyanın Ukraynaya hücumunu göstərib. 

Türkiyəli diplomat İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinə də toxunub. Səfir Rusiya-Ukrayna müharibəsindən əvvəl pandemiya dünyada təhlükəsizliyin əsas prioritet olduğunu göstərib. 
Cahit Bağcı bu kontekstdə qida təhlükəsizliyinin, eyni zamanda, enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb. Diplomat əlavə edib ki, müharibə fonunda təbii qazın qiymətləri artmaqdadır. 

Diplomat eyni zamanda, Zəngəzur dəhlizinin də əhəmiyyətini diqqətə çatdırıb: 

“Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar verəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO