"Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik xətti ilə inkişaf edir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva XİN ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən Sonrakı Dövrdə Azərbaycanın Sülh və Yaradıcılıq Təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında bildirib.
XİN sözçüsü qeyd edib ki, dövlət başçılarının da dediyi kimi, bu münasibətlərin dünyada nümunəsi yoxdur:
“Bu strateji münasibətlərin gələcəkdə daha da yüksək zirvələrə çatdırılması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərmiş qardaş dövlətdir”.
Apa.az-ın məlumatına görə, L.Abdullayeva onu da qeyd edib ki, Türkiyənin azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də rolu çox böyükdür.
Bizim.Media