Xarici işlər nazirləri Qaraqalpaqdakı vəziyyəti müzakirə ediblər

Xarici işlər nazirləri Qaraqalpaqdakı vəziyyəti müzakirə ediblər

Hazırda oxunan: Xarici işlər nazirləri Qaraqalpaqdakı vəziyyəti müzakirə ediblər

82661

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı v.i.e. Vladimir Norov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazirlər, cari ilin 22 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini, o cümlədən iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulayıblar.

Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qaraqalpaq məsələsi Avropa İttifaqının GÜNDƏMİNDƏ 


Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulanıb və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.

Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO