İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış oldu - FOTO/VİDEO

İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış oldu - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış oldu - FOTO/VİDEO

82587

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib.

Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırılıb ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir.

Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.
Dövlətimizin başçısı qalada aparılan bərpa işləri ilə tanış olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO