Qərbi Azərbaycanlılar Qarabağa köçürülə bilərmi? – CAVAB

Qərbi Azərbaycanlılar Qarabağa köçürülə bilərmi? – CAVAB

Hazırda oxunan: Qərbi Azərbaycanlılar Qarabağa köçürülə bilərmi? – CAVAB

8244

“Ölkə prezidenti elan etdi ki, işğaldan azad olunan torpaqlara ilk növbədə məcburi köçkünlər yerləşdiriləcək. Dövlət, daşınmaz əmlakı olmayan, dövlətin onlara müvəqqəti verdiyi mənzillərdə yaşayan məcburi köçkünlərin Qarabağa qayıdıb, yaşamasını təmin edəcək”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov dilə gətirdi.

O, bildirdi ki, Qarabağda yaşamaq istəyən digər şəxsləri mənzillərlə dövlət təmin etməli deyil. 

“Qərbi Azərbaycandan olan insanların Qarabağa köçürülməsinə, mənim bildiyimə görə, indiki Ermənistan ərazisindən qaçqın düşən şəxslərin Qarabağa qayıdışı məcburi köçkünlər kimi yox, digər vətəndaşların yaşamaq istəyi kimi ola bilər. Könüllü olaraq kim istəsə, gedib, yaşaya bilər. Çünki Azərbaycan daxilində bütün azərbaycanlıların istənilən yerdə mənzil alıb, ev tikdirib, yaşamaq hüququ var, o cümlədən də Qarabağda.”

Hüquq müdafiəçisinin fikrincə, qərbi azərbaycanlıların Qarabağa məcburi məskunlaşdırılması müzakirə mövzusu ola bilməz. 

“Məlumata görə, Qarabağdan məcburi köçkün düşmüş insanların sayında yetərincə artım var. Kimlərsə işğaldan azad olunan rayonlara qayıtmaq istəməsə belə digər məcburi köçkünlər kifayət qədərdir ki, yaşayış məntəqələrinin yetərincə sakini olsun. Amma Qarabağa könüllü köçmək istəyən qərbi Azərbaycandan (Ermənistan) olan qaçqınlar bilməlidir ki, hər kəsin daşınmaz əmlak, torpaq almaq hüququ var”.

Qeyd edək ki, mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq və saytımıza bildirildi ki,

“Ermənistan Respublikasından didərgin salınmış qaçqın soydaşlarımızın arasında da işğaldan azad edilmiş ərazilərdə yaşamaq istəyənlər çoxdur və onlar da Dövlət Komitəsinə bununla bağlı müraciət edirlər”.

Müraciətlərin sayı və bununla bağlı gələcək planlar barədə rəsmi informasiya verilmədi. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO