İlham Əliyev: “ABŞ Ermənistanla münasibətlərimizin normallaşmasında mühüm rol oynayacaq”

İlham Əliyev: “ABŞ Ermənistanla münasibətlərimizin normallaşmasında mühüm rol oynayacaq”

Hazırda oxunan: İlham Əliyev: “ABŞ Ermənistanla münasibətlərimizin normallaşmasında mühüm rol oynayacaq”

82252

“Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə göndərdiyi məktubda yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanın müstəqilliyinə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk” – İlham Əliyev


“Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”, deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO