“Türk arialını yalnız etnik, milli əsasda birləşdirmək və hansısa bir imperiya qurmaqdan söhbət getmir”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.
- Cənab sədr, son günlər ölkə başçısının Türk ölkələrinə səfərləri, eləcə də Türk dövlətlərinin liderlərinin Azərbaycana səfərləri insanlar tərəfindən Türk dünyasının birləşməsi kimi də qəbul edilir. Biz Türk dünyasının birləşməsi dediyimiz zaman nəyi anlamalıyıq? Bu birləşmə necə həyata keçirilir?
- Ötən on illər ərzində, həqiqətən Türk dünyası kimi qeyd olunan ölkələrin, xüsusi olaraq keçmiş SSRİ-yə daxil olan ölkələrin müstəqillik qazandıqdan sonra keçdikləri uzun yol var. Bunların içərisində strategiyanı çox uğurla aparan möhtərəm cənab Prezident İlham Əliyevin və eləcə də, Türkiyə dövlətinin lideri hörmətli Rəcəb Tayyib Ərdoğanın bilavasitə iştirakları və təşəbbüsləri, həyata keçirdikləri taktiki, strateji addımlar hesabına bu ölkələr arasında strukturlaşan müxtəlif modellər – parlament qurumları, üçüncü sektor təmsilçiləri, dövlət başçılarının artıq təşkilat adına gətirib çıxarmaları, bu istiqamətdə mədəni, iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşdırılması özünü göstərməkdədir. Açıq demək lazımdır ki, 1990-cı illərdə həddindən artıq ehtiyatlılıq, bir sıra əsas güc mərkəzlərindən “nə deyərlər?”, “reaksiyaları nə cür olacaq”dır deyərək, bunu müəyyənləşdirməyə çalışdıqları halda, indi bir faktor kimi dövlətlər özləri çıxış edirlər.
Bu istiqamətdə addımlar atırlar və onların kursuna digər dövlətlər özlərini uyğunlaşdırırlar. Bu mənada, Türk dövlətləri təşkilatları bütün formatlarda, yəni onların zirvə görüşləri səviyyəsində olan formatlarında atılan addımlarda, digər qurumlarda da görülən işlərin hamısı regional və beynəlxalq məkanda mühüm önəm daşıyır. Dediyimiz bu statusda da bir təşkilata çevrilib.
- Mən belə düşünürəm ki, Türk ölkələrinin birləşməsi Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində baş tutur. Müharibəni nəzərdə tuturam. Bu, yeni reallıqlar yaratdı. Xüsusən də Türk ölkələri üçün.
- Vətən müharibəsində qələbə heç şübhəsiz ki, Türk dövlətləri arasında birliyi, əlaqələri gücləndirib. Ona görə ki, öz-özlüyündə bu hadisə yalnız lokal mənada Qarabağda bir problemin həlli kimi qəbul olunmamalıdır. Biz çox yaxşı bilirik ki, sovetlər birliyinin hələ əsası qoyulanda Qarabağ məsələsi üzərində hansı fəaliyyətlər həyata keçirilmişdir?! Necə onu ələ götürmək və ya əlahiddə bir statusla onu tamamlamışdılar. Eləcə də SSRİ-nin dağılmasında da bu amil rol oynamışdır.
Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti və onun bir millətin bizə qarşı uzun on illər, əsrlər boyu apardığı müharibəni ordumuzla, xalqımızla birgə udması, qalib gəlməsi, zəfəri əldə etməsi ölkəmizə olan münasibəti də yüksək mənada, daha köklü mənada yeniliyib, tam dəyişib və yeni-yeni zirvələrə qaldırıb.
- Son günlər Türk dövlətlərinin mediasında Prezident İlham Əliyevin Özbəkistan səfəri daha çox danışılır. Rəsmi səfər səmimiyyətlə birləşdi. Qələbəmiz bizi dünyanın gözündə çox dəyişdi deyə bilərikmi?
- Özbəkistana səfər bu baxımdan çox əlamətdar oldu. Uzun onillər ərzində Prezident İlham Əliyevin xarici səfərlərini izləyən bir insan kimi deyə bilərəm ki, bu dərəcədə yüksək mehribanlıq, qardaşlıq, diplomatik etiketləri deyil də xalqlarımızın tarixinə, mədəni, milli, etnik və sair kimi bağlarına rəğmən ən yüksək səviyyədə bu tədbirlər reallaşdı. Şevket Mirzoyevin Ulu öndərə verdiyi dəyər, Azərbaycanın parlaq gələməsini legitimliyi anlamında millətimizin təbrik edilməsi, orada keçirilən silsilə görüşlər, bağlanan müqavilələr, bir sıra hallarda tərcümələrin ləğv olunması və vahid bir dil, düşünmə məkanı çərçivəsində atılan addımlar öz-özlüyündə sübut edir ki, qeyd etdityiniz oriyalda münasibətlər tarixdə ilk dəfədir ki, ən yüksək zirvəyə qalxıb.
Burada da bizim zəfərimiz önəmli rol oynayıb. Biz bu görüşlərdə, tədbirlərdə qələbəmizin nə qədər əzəmətli olduğunu gördük. Qələbə bizə münasibəti ən yaxın dostların, qardaşların gözündə də yeniləyib.
- Bir çox ölkələr üçün Türk dünyasının birləşməsi həm də təhdid kimi qəbul edilir. Yeni dünya nizamında güc balansları dəyişib. Güclü ölkələr arasında diqtə edən Azərbaycan və Türkiyə faktoru var. Türk dünyasının birləşməsi imperiyanın yaranması kimi qəbul edilir. Bu mənə görə yanlış fikirdir. Biz Turan anlayışını necə qəbul etməliyik?
- Biz Türk dünyası, beynəlxalq, regional bir ittifaq kimi bundan sonrakı dövrdə həm də, regional, müxtəlif təşkilatlarla yaxın əlaqələr saxlamaq şərti ilə öz hərbi əlaqələrini, təhlükəsizlik istiqamətində imkanlarını, elmi və başqa sahələrdə müştərək mübadilələrini daha da yaxınlaşdıracaqlar. Bu halda onların ərazibütövlüyünə qəsdlər baş verməyəcəkdir. Onsuz da türk dövlətlərinin bir çoxu KTMT-də iştirak edirlər. Başqa bir qisminin Çinlə yaxınlığı var.
Üçüncülər Avropa ilə hansısa əlaqələri qurmaqdadırlar. Azərbaycan regionda elə bir siyasət yürüdür ki, hər hansı qeyd etdiyimiz ölkələrin maraqlarına xəta gətirmir. Biz onlara qarşı hansısa mənfi iddialarla yaşamırıq. Türk orialını yalnız etnik, milli əsasda birləşdirmək və hansısa bir imperiya qurmaqdan söhbət getmir.
Biz dünyada fərqli bir modelləri görürük. Bəzən hansısa qütblərdən, hansısa media orqanlarından və yaxud da ki, bilavasitə informasiya sistemlərini idarə edən kəşfiyyat mərkəzlərinin Turan iddialı və digər məsələlərini bizim istəyimizdən, bizim planlarımızdan daha fərqli aspektdə qoyaraq bölgəsəl, ayrı-ayrı güc mərkəzlərinə qarşı bunu bir müharibə planı kimi təqdim etmələri, yeni-yeni əraziləri ələ götürməsi, tarixdə olduğu kimi torpaqların yenidən bölgüsü məsələsini qazbartmaları əsla bu dövlətlərin, onların liderlərinin planlarına uyğun olmayan bir məsələdir. Bu dövlətlər öz bütövlüklərini qorumaqla, regional təhlükəsizliyi təmin etməklə, komunikasiyaların açılmas, Ermənistana təsir və təzyiq bu dövlətlərin ən böyük amalıdır.
- Bu gün Odlar yurdu Azərbaycan Türk ölkələrindən nə gözləyir? Və ya sualı belə tərtib edim – Türk ölkələri Azərbaycan-Ermənistan əlaqələri fonunda hansı addımları atmalıdırlar?
- Vahid bir akt qəbul etsələr çox gözəl olar. Ermənistanın Azərbaycana, bölgələrimizə vurduğu zərbələrə görə, mədəni-maddi irsimizi darmadağın etdiklərinə görə cavabdehlik istəsələr bu daha yaxşı olar. Zəngəzur dəhlizinin açılması üçün Türk dövlət liderlərinin dilindən açıq mesajlar verilməsi regional, siyasi qüvvələr nisbətini daha da artıq bizim xeyrimizə dəyişmiş olar. Bu həm də onların iqtisadi maraqları baxımından daha düzgün siyasət olar. Çünki yollar açıldığı zaman daha böyük, qitələr arası sistem işləyəcək və onlarında iqtisadi, sosial və digər xarakterli maraqlarına uyğun olacaq.
Tehran, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:30 / 30.06.2022
“Türk dövlətləri Ermənistana qarşı sərt mövqelərini ortaya qoymalıdır” - Zahid Orucla MÜSAHİBƏ
Hazırda oxunan: “Türk dövlətləri Ermənistana qarşı sərt mövqelərini ortaya qoymalıdır” - Zahid Orucla MÜSAHİBƏ
Hazırda oxunan: “Türk dövlətləri Ermənistana qarşı sərt mövqelərini ortaya qoymalıdır” - Zahid Orucla MÜSAHİBƏ
81646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.