Xəzər “beşliyi” Aşqabadda hansı məsələdə razılıq əldə ediblər?

Xəzər “beşliyi” Aşqabadda hansı məsələdə razılıq əldə ediblər?

Hazırda oxunan: Xəzər “beşliyi” Aşqabadda hansı məsələdə razılıq əldə ediblər?

81377

Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak ediblər.

Xatırladaq ki, sabah iyunun 29-da Türkmənistanda Xəzəryanı dövlətlərin başçılarının sammiti keçiriləcək.

Lavrovun sözlərinə görə, Xəzər “beşliyi” ölkələri Xəzərdə etimad tədbirlərinin gücləndirilməsi və hərbi əməkdaşlıq üzrə saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər.

“Hərbi sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bundan başqa, Xəzəryanı dövlətlərin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin inkişafı ilə bağlı saziş üzərində işin sürətləndirilməsi təklif edilib.
Bundan əlavə, tərəflər Xəzər dənizi regionunda qeyri-Xəzəryanı ölkələrin silahlı qüvvələrinin mövcudluğunun istisna olunduğunu təsdiqləyiblər”, deyə Lavrov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO