“AMEA-da ciddi yoxlamalara ehtiyac var, ora cinayət yuvasıdır” - EKSPERT

“AMEA-da ciddi yoxlamalara ehtiyac var, ora cinayət yuvasıdır” - EKSPERT

Hazırda oxunan: “AMEA-da ciddi yoxlamalara ehtiyac var, ora cinayət yuvasıdır” - EKSPERT

8123

“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) ökənin ən çətin günlərində belə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Dövlət AMEA-nın araşdırmaları üçün kifayət qədər elmi texniki baza yaradıb. Lakin maliyyə dəstəyinə baxmayaraq, onların 30 il ərzində dünya miqyasına çıxara biləcək fundamental bir elmi araşdırması yoxdur. İndi AMEA-nın nə məqsədlə fəaliyyət göstərdiyi sual doğurur”.

Bizim.Media-nın AMEA ilə bağlı apardığı disputuna bu sözlərlə qoşulan təhsil üzrə ekspert Elşən Qafarov əlavə etdi ki, azərbaycanlı alim hansısa elmi araşdırmada uğur əldə edibsə, məcburən xarici ölkələrə gedərək, onların ali təhsil müəssisəsinin bazasından istifadə edir.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da nə baş verir? – Deputatdan XƏBƏRDARLIQ


Ekspert düşünür ki, AMEA-nın hazırki fəaliyyəti elm ocağını sovet sistemindən qalan siyasi məsələlərdə istifadə olunan bir quruma çevirib.

Bu elm ocağının maddi-texniki bazası ayrı-ayrı institutların tərkibinə verilməli və ləğv olunmalıdır. AMEA büdcədən aslılığı azaldılmalıdır.

Elşən Qafarov həmçinin qeyd etdi ki, AMEA-da islahatlar adı ilə guya müəyyən addımlar atılır, lakin cəmiyyət  çox gözəl bilir ki, AMEA-nın indiki rəhbəri islahatlar pərdəsi arxasında keçmiş siyasi həmkarlarını akademiyada müxtəlif vəzifələrə gətirməklə hələ də güc sahibi oluğunu göstərir:

“Elə götürək Elton Məmmədovu. Onun Azərbaycan elmində hansı naliyyəti, hansı araşdırmaları olub? Elton Məmmədov kimdir ki, AMEA rəhbərliyinə bu qədər əziz olub? Aydın məsələdir ki, AMEA rəhbəri keçmiş həmfikirlərini ətrafına yığır. Elmlər Akademiyası elmin yox, siyasi birliyin bağıdır.”

Sadalananı məsələnin siyasi tərəflərinə təhsil mütəxəssisi sübut kimi elmə aidiyyatı olmayan kimlərinsə AMEA-da vəzifəyə gətirildiyini, faydalı alimlərin isə, uzaqlaşdırıldığını vurğuladı. 

“Mən inanıram ki, müvafiq qurumlar AMEA-da araşdırma aparsa, yeyinti, mənimsəmə və digər cinayət ünsürləri üzə çıxar. Bu qurumda ciddi yoxlamalara ehtiyac var, ora cinayət yuvasıdır. Günün tələbi odur ki, 30 il ərzində elm üçün  bir iş  görməyən quruma dövlət büdcəsindən böyük vəsaitin ayrılması  lazımsız və mənasızdır”. 

“Bilirsiniz, bizi yaxın illərdə müəyyən maliyyə xərcləri gözləyir və belə bir dövrdə dövlətə əlavə məsrəf sərf etməyəcək. AMEA daha öncələr də indiki rəhbərinin kurasiyasında olub və bu illər ərzində akademiya elmdən başqa hər şeylə məşğul olub. Sırf siyasi dayaq məqsədilə idarə edilib”. 

“Hazırda həmrəylik və milli birlik olduğu üçün adıçəkilən “siyasi dayaq”lara ehtiyac yoxdur”, deyə təhsil üzrə ekspert fikrini tamamladı. 

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO