Fikrət Sadıxov: “Mövqeyimiz kifayət qədər prinsipial və qəti olmalıdır”

Fikrət Sadıxov: “Mövqeyimiz kifayət qədər prinsipial və qəti olmalıdır”

Hazırda oxunan: Fikrət Sadıxov: “Mövqeyimiz kifayət qədər prinsipial və qəti olmalıdır”

8122

“İlkin nəticələr onu göstərir ki, stabillik üçün müəyyən cəhdlər göstərilir. Vəziyyəti stabilləşdirmək məqsədləri müəyyən təkliflərlə reallaşır. Təbii ki, sülhməramlıların orada qalması ilə bağlı suallarımız çoxdur. Çünki sülhməramlılar missiyalarını dəqiq yerinə yetirməlidirlər”.

Bunu Bizim.Media ilə hazırda davam edən Moskva görüşü ətrafında söhbət zamanı politoloq Fikrət Sadıxov deyib.

O, bildirib ki, sülhməramlılar missiyalarına aid funksiyaları aşmalı deyil.

“Onlar proseslərə birtərəfli ynaşmamalıdırlar. Yəni orada həm Azərbaycan əhalisi, həm də ermənilər olmalıdır. Digər tərəfdən onu da bilirik ki, dəhlizlər vasitəsilə Qarfabağa Ermənistandan müxtəlif rəsmilər gəlir. Bunun da qarşısı alınmalıdır. Bu məsələdə mövqeyimiz kifayət qədər prinsipial və qəti olmalıdır”.

Çünki Dağlıq Qarabağa gələn hər bir adamı Azərbaycan torpağına gələn şəxs kimi qəbul etməliyik deyən Fikrət Sadıxov əlavə etdi ki, rəsmi Bakının icazəsi olmadan ora kimsə daxil ola bilməz.

Qarabağdakı erməni silahlılarının tərkisilah olunub, həmin zonadan çıxarılmalı olduğunu zəruri sayan politoloq görüşün ilkin təəssüratlarını belə dəyərləndirib.

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO