“Zəngəzur dəhlizi məsələsi Ermənistan üçün xoşməramlı mesajdır” – Fərhad Məmmədov

“Zəngəzur dəhlizi məsələsi Ermənistan üçün xoşməramlı mesajdır” – Fərhad Məmmədov

Hazırda oxunan: “Zəngəzur dəhlizi məsələsi Ermənistan üçün xoşməramlı mesajdır” – Fərhad Məmmədov

81187

“Mövlud Çavuşoğlunun Zəngəzur dəhlizilə bağlı verdiyi son açıqlamasını Ermənistana ünvanlanan növbəti xoş məram və ya mesaj kimi qiymətləndirə bilərik”.

Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Türkiyə xarici işlər nazirinin Zəngəzur dəhlizinin açılmasını dəstəklədikləri barədə açıqlamasını şərh edərkən deyib:

“Ümumiyyətlə nəqliyyat loqistika yollarının əhəmiyyəti artır. Bu da Azərbaycan üçün çox vacib məqamdır. Azərbaycan öz ərazisindən keçəcək yollarda yüklərin həcminin artmasına hazırdır. Ən azından Bakı-Tiflis-Qars dəmir yolu var.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanın status ümidləri yox olub gedəcək” – Fərhad Məmmədovun ŞƏRHİ


Eyni zamanda, məlumatlara görə, İran üzərindən keçəcək yolun texniki işləri artıq həyata keçirilib və yaxın gələcəkdə bu istiqamətdə tikinti işlərinə başlanılacaq. Bunun özü də İrəvana Zəngəzur dəhlizilə bağlı qərar qəbul etməkdə gecidiyinə dair növbəti mesajdır”. 

Həmsöhbətimiz qeyd edir ki, Zəngəzur dəhlizinin əhəmiyyəti həm Qərb, həm də Şərq ölkələri tərəfindən qəbul edilir: 

“Çünki bu yol qısadır. Digər tərəfdən, yol Ermənistan üzərindən keçəcəyi təqdirdə, region ölkələrinin hamısını əhatə edən ilk nəqliyyat dəhlizi olacaq. Belə olan halda da, bu həm Avropa, həm də Mərkəzi Asiya ölkələri tərəfindən nəqliyyat dəhlizinin açılması ilə bağlı nəhayət qərar verməsi üçün Ermənistana yönəlik dolayısı ilə olsa da bir təzyiqdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO