Bakıda 3 ölkənin xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir - İLK DƏFƏ

Bakıda 3 ölkənin xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir - İLK DƏFƏ

Hazırda oxunan: Bakıda 3 ölkənin xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir - İLK DƏFƏ

81124

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Bizim.Media xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Qazaxıstan sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir. 

Qeyd edək ki, görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır. 

Toplantı çərçivəsində üçtərəfli və regional əməkdaşlığın müzakirəsi də nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO