Hikmət Hacıyev: “Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”

Hikmət Hacıyev: “Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”

Hazırda oxunan: Hikmət Hacıyev: “Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”

810

“Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması Ermənistanı yeni cinayətlər törətməyə sövq edir.  Real faktlar ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçirir”. Bizim.Media xəbər verir ki,  bunu diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri  Gəncəyə səfərin məqsədinə də toxunub. Bildirib ki,  məqsəd Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi  hərbi cinayətlər barəsində yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO