Aslan İsmayılov: “Görüş xeyrimizədir...”

Aslan İsmayılov: “Görüş xeyrimizədir...”

Hazırda oxunan: Aslan İsmayılov: “Görüş xeyrimizədir...”

8099

''Bu günkü görüşdə hansısa qərarın veriləcəyinə inanmıram. Amma çox mühüm görüş olduğunun da fərqindəyəm. İlk növbədə elan olunduğu kimi bağlanmış sazişin icrası müzakirə olunacaq''.

''Əsas məsələlərdən biri Rusiya sülhməramlılarının öz səlahiyyətlərini aşaraq Dağlıq Qarabağa erməni silahlı birləşmələrini gətirməsi, bu məsələ fonunda erməni silahlılarının Qarabağdan yığışdırılması kimi məsələlərin müzakirə olunacağı istisna olunmur. Çox güman ki, işğal altında olan Qazax kəndlərinin azad edilməsi məsələsinə də toxunulacaq''. 

Bunu Bizim.Media-ya açıqlamasında hüquqşünas Aslan İsmayılov bu gün Moskvada keçirilməsi planlaşdırılan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh verərkən deyib.

MÖVZU İLƏ BAĞLI:

“Hər üç tərəf bu görüşə öz gündəliyi ilə gələcək” - Fərhad Məmmədov


O, bu günə qədər Azərbaycan vətəndaşlarını narahat edən bir çox məsələlərin həllini tapacağını da qeyd edib:

''İstənilən görüş qələbədən sonra bizim xeyrimizədir və ortada olan pozuntuların aradan qaldırılmasıdır. Elan olunmasa da, çox mühüm müzakirələrdən biri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlməsi məsələsi olacaq. Əslində müzakirə olunacaq çox mövzular var''.

''Dünya güclərinin, İran-Rusiya imperiyalarının 100 ildən artıq müddətdə yaratdığı Qarabağ probleminin 44 günə həll edilməsini düşünmürəm. Bildiyim odur ki, bu 44 gün ərzində ermənilərin onurğa sütunu qırılıb. Prosesin gedişatı bu cür davam edərsə də, Qarabağ probleminin tam həll olunacağına şübhəm yoxdur. Yəqin ki, il ərzində Qarabağla bağlı son müqavilə imzalanar və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi təmin olunar''. 

Hüquqşünas sözügedən məsələdə yeganə narahatçılığını da ifadə edib.

O, bildirib ki, insanların bilmədən hadisələri qızışdırması, qələbənin effektini azaltması, amma böyük güclərin, xüsusilə Rusiya və İranın ölkədə nifaq salması narahatlıq doğurur: 

“Hamı anlamalıdır ki, bu gün bütün dünyanın – Rusiya, Ermənistan, Avropa və ABŞ-ın basqıları Azərbaycana olacaq. Azərbaycan hakimiyyətini də üzüyola etmək üçün ölkəiçi durumu gərginləşdirəcəklər. Ona görə nə siyasi partiya, nə vətəndaş cəmiyyəti bu məsələdə düşmən qüvvələrin əlinə oynamamalı, çox ehtiyatlı olmalıdırlar”.  

Xatırladaq ki, bu gün Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir. 

Danışıqlarda ötən il noyabrın 10-da müharibənin bitməsi ilə bağlı imzalanmış üçtərəfli bəyanatın icrası nəzərdən keçiriləcək və bölgədəki problemlərin həllində növbəti addımlar müzakirə ediləcək.

Həmçinin hərbi əməliyyatlardan zərər görmüş region sakinlərinə yardım məsələləri, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət yetiriləcəyi bildirilir.

Bundan başqa Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcəyi də planlaşdırılır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO