Xruşşov BMT-nin tribunasını nəyə görə ayaqqabısı ilə döyəclədi?

Xruşşov BMT-nin tribunasını nəyə görə ayaqqabısı ilə döyəclədi?

Hazırda oxunan: Xruşşov BMT-nin tribunasını nəyə görə ayaqqabısı ilə döyəclədi?

80846

1960-cı il oktyabrın 12-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 15-ci sessiyasında tarixdə görünməmiş hadisə baş verdi. Sov.İKP MK-nın baş katibi Nikita Sergeyeviç Xruşşov fikirlərini istədiyi kimi ifadə edə bilmədiyi və auditoriyanın basqısından özünü  itirdiyi üçün ayaqqabısını çıxararaq tribunanı döyməyə başlayır. SSRİ liderinin bu hərəkəti zaldakıların təəcübünə və gülüşünə səbəb olub. Bəs Xruşşovu özündən çıxaran məsələ nə idi?

Bizim.Media-nın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, həmin gün BMT-nin Baş Assambleyasında “Macar məsələsi” müzakirə olunurmuş.

Söhbət müstəmləkəçiliyə qarşı mübarizədən gedirmiş.

Müzakirələrdə  çıxış edən Sovet hökumətinin başçısı NATO ölkələrini imperialist dövlətlər adlandıraraq xalqların azadlıq və müstəqillik uğrunda mübarizəsinin hər cür təzahürlərini boğmaqda ittiham edir. Eyni zamanda, bütün müstəmləkələrə azadlıq verilməsi haqqında Bəyannamənin qəbul edilməsi təklifini irəli sürür.  
 

MÖVZU İLƏ BAĞLI:

Kennedini Xruşşov öldürüb? - İDDİA


Xruşşovun ardınca çıxış edən Filippin dövlətinin başçısı qeyd edir ki, “yaxşı olar ki, bu sənəd SSRİ-nin nəzarətində olan, yəni faktiki olaraq müstəqillikdən məhrum edilmiş Şərqi Avropa ölkələrinə də şamil edilsin”. 

Bu fikirlərdən əsəbiləşən Xruşşov cavab üçün sədrdən söz istəyib. Lakin, sədr Sovet liderinə fikir verməyib. Bundan qəzəblənən Xruşşov icazəsiz tribunaya yaxınlaşıb.

Etirazını bildirib. Lakin mikrafon sönülü olduğu üçün əsəbiləşən Baş katib ayaqqabısını çıxardaraq tribunanı döyəcləyib. Bu zaman Sovet nümayəndə heyətinin üzvləri də lideri tək qoymayıb, onlar da yumruqları ilə stolları döyməyə başlayıblar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO