Əfqanıstanın Azərbaycandakı səfiri: “Talibana görə zəlzələdən əziyyət çəkən əfqan xalqı yardım ala bilmir”

Əfqanıstanın Azərbaycandakı səfiri: “Talibana görə zəlzələdən əziyyət çəkən əfqan xalqı yardım ala bilmir”

Hazırda oxunan: Əfqanıstanın Azərbaycandakı səfiri: “Talibana görə zəlzələdən əziyyət çəkən əfqan xalqı yardım ala bilmir”

80678

Ötən gün Əfqanıstan tarixində baş verən ən güclü zəlzələdən sonra yaralı və ölülərin sayı hələ də artmaqdadır.

Zəlzələnin Əfqanıstanda yaratdığı son vəziyyətlə bağlı Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Bizim.Media-ya müsahibə verib.

- Cənab səfir, Əfqanıstandakı  zəlzələdən sonra ölən və yaralanan insanlar haqqında sizdən dəqiq məlumat almaq istərdik.

- Əfqanıstanlı kimi bu haqda danışmaq mənim üçün çox çətindir. Bilirsiniz ki, Əfqanıstanın son zamanlar çətin günləri çox oldu, amma bu onlardan ən ağırı və acısıdır. Analar göz önündə öz övladlarını, atalar isə ailələrini itiriblər. Minlərlə insanın taleyi hələ də bilinmir.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i ötdü – YENİLƏNİB 


Bu günə kimi 1000 insan ölüb və 1500 yaralı var. Zəlzələ bölgələri çətin dağlıq hissəsidir ona görə də, orada araşdırmalar aparmaq çox çətindir. Ərazidə 5000-dən artıq ev var. Zəlzələ Əfqanıstanın Paktika, Paktiya və Vafos bölgələrində baş verib. Bu bölgələr şəhərə uzaq olduğları üçün yaralıları daşımaq çox çətindir.

Əfqanıstan xəstəxanaları bu qədər yaralını qarşılamaq gücündə deyil. Bu Əfqanıstanın tarix boyu yaşadığı ən böyük təbii fəlakətdir. Mən də bütün əfqanlar kimi uca yaradandan bu çətin günlərdə əfqan xalqına kömək olmağını arzu edirəm.

- Sizə də məlum olduğu kimi dünyanın bir çox güclü dövlətləri Əfqanıstanda baş verən dağıdıcı zəlzələdən xəbərdardılar. Bəs niyə hələ də heç kim Əfqanıstana yardım göndərmir? 

- Bəzi ölkələr yardım edəcəklərini söyləsələr də, hələ ki ortada real bir nəticə yoxdur. Açığı acı həqiqətlər var ki, onları etiraf etmək lazımdır. Son zamanlarda Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirərək bir çox ölkələrlə diplomatik əlaqələri kəsib. Ona görə də, məncə bəzi ölkələrdə indi Əfqanıstana necə kömək etməklə bağlı çaşqınlıq və tərəddüd yaranıb. Taliban dünyada terror quruplaşması kimi tanındığı üçün demokratik ölkələr onlarla əlaqə qurmaqdan ehtiyat edirlər.

- Bəs vəziyyətdən çıxış yolunu nədə görürsünüz ? 

- Bu təbii fəlakətdir və hamının başına gələ bilər. Məncə hakimiyyətdə kimin və hansı qüvvənin olmasından asılı olmayaraq kömək etməyə imkanı çatan və xüsusən də qonşu ölkələr Əfqanıstana humanitar yardım göndərməlidirlər. İndi Əfqanıstanda hər ötən dəqiqə bir insanın xilası deməkdir.

- Qonşu ölkələr rəsmi şəkildə heç bir yardım göndərməyib?

- Pakistan, Hindistan və İran hələ ki, bizə heç bir yardım təklif etməyib, amma bildiyim qədəriylə zəlzələ Pakistan sərhəddində də, çox güclü şəkildə hiss olunub. Pakistanda tələfat baş verməsiylə bağlı isə hələ ki, heç bir məlumat verilməyib.

- Zəlzələ bölgəsində zərərçəkənlərə yardım göstərən heç bir beynəlxalq humanitar təşkilat yoxdur?

- Hal-hazırda Əfqanıstanda zəlzələ bölgəsində yaralılara yardım göstərən yeganə təşkilat Türk Kızılayıdır. Ümumiyyətlə, Türkiyə ən çətin günlərində həmişə Əfqanıstana yardım göstərib.

- Azərbaycana humanitar yardımla bağlı müraciət etmək fikriniz var, yoxsa bu təklifi qarşı tərəfdən gözləyirsiniz ? 

- Öz adımdan deyə bilərəm ki, bizə qardaş olan Azərbaycan xalqının bizi dar gündə çətin vəziyyətdə qoymayacağından əminəm. Zəlzələ ilə bağlı səfirlik olaraq Azərbaycan dövlətinə, ölkə prezidenti zati -aliləri cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırıq.

Bunun üçün bəzi məsləhətləşmələr və dəqiqləşdirmələr aparmalıyıq. Azərbaycan Hökumətinin razılıq verdiyi təqdirdə isə Azərbaycan xalqının dəstəyi ilə zəlzələdən əziyyət çəkənlər üçün yardım toplama kompaniyasına start verəcəyik.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO