XİN-dən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

XİN-dən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: XİN-dən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

80621

“Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vasitəsilə Avropa İttifaqı ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O, qeyd edib ki, Azərbaycan Rumıniya ilə ticarət, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-dən ÖZƏL AÇIQLAMA: “Fransadakı səfirliyimiz ermənilərin bütün hərəkətlərini diqqətdə saxlayır”


M.Məmməd-Quliyev əlavə edib ki, münaqişədən sonrakı mərhələdə Azərbaycanın prioritetləri aydın şəkildə ifadə edilib.

"Bu mövqe yenidənqurma və əməkdaşlıq, dayanıqlı sülh ilə ifadə olunur. Azərbaycan 30 il ərzində ermənilər tərəfindən törədilmiş dağıntıların aradan qaldırılması ilə bağlı addımlar atır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atır. Bu dəhliz Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək”. Trend.az xarici işlər nazirinin müavininin dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO