İlham Əliyevlə Şavkat Mirziyoyev türkcə danışmaları ilə sivilizasiyaya hansı mesajı verdilər? – TƏHLİL

İlham Əliyevlə Şavkat Mirziyoyev türkcə danışmaları ilə sivilizasiyaya hansı mesajı verdilər? – TƏHLİL

Hazırda oxunan: İlham Əliyevlə Şavkat Mirziyoyev türkcə danışmaları ilə sivilizasiyaya hansı mesajı verdilər? – TƏHLİL

80609

Respublika Prezidenti İlham Əliyevin dost Özbəkistana dövlət səfəri dünən başa çatdı. İki gün davam edən səfərdə bir çox maraqlı məqamlar yaşandı, bir sıra sənədlər imzalandı. Bu səfərin yekunları haqqında hələ çox danışılacaq, çox yazılacaq. Çünki, bu səfər və Özbəkistanda keçirilən görüşlər iki dost ölkə üçün yeni perspektivlər açdı. Bu siyasi sahədən tutmuş sosial-mədəni həyata qədər bütün sahələri əhatə edir. 

Bu səfər nəyə görə daha çox diqqət çəkdi?
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Şavkat Mirziyoyevlə ünsiyyət qurmaq üçün tərcüməçiyə ehtiyac yoxdur” - VİDEO


Qafqazın qüdrətli türk dövləti ilə Asiyanın aparıcı türk dövlətinin liderlərinin görüşü həm dünya, həm islam, həm də türk dünyası tərəfindən maraqla izlənilirdi. Çünki, 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib. Bu liderlik dost ölkələr üçün sevindirici olmasının, düşmənlər üçünsə qıcıq yaratmasının səbəbi isə Azərbaycanın türk dövləti olmasıdır.

Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqeyi təkcə Avro-Asiya arasında deyil, eləcə də türk dövlətləri üçün vazkeçilmız imkanlar yaradır.

Bəlkə də elə buna görə 30 il ərzində aparıcı dünya dövlətləri Azərbaycanın əl-qolunu bağlamaq və türk dünyasında vacib oyunçu olmasının qarşısını almaq məqsədi ilə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə imkan vermədilər.
Nəhayət, 2020-ci ilin payızında Müzəfər Azərbaycan Ordusunun əzmi, Ali Baş Komandanın hünəri və Azərbaycan xalqının monolit biriliyi sayəsində Dağlıq Qarabağ problemi birdəfəlik həll olundu. Məhz bu əlamətdar hadisədən sonra Azərbaycan Avrasiyada, xüsusilə də türk dünyasında vacib oyunçu olduğunu ortaya qoydu.

Etiraf etmək lazımdır ki, son 2 ildə türk dövlətləri və xalqları arasında tarixdə heç zaman olmadığı kimi isti münasibətlər mövcuddur. Bu məsələdə isə Azərbaycan öz əvəzsiz rolunu oynayıb.

İki liderin türkcə danışması hansı mətləblərdən xəbər verdi?

İlham Əliyevin bu səfəri türk dövlətləri tərəfindən xüsusi diqqətlə izlənilirdi. Gözləntilərsə öz məntiqi nəticəsini verdi. Bu təkcə imzalanan sənədlərdə deyil, iki lider arasındakı səmimi və qardaş münasibətində daha çox özünü göstərdi. Bəlkə də ilk dəfə idi ki, Azərbaycan və Özbəkistan liderləri türkcə dialoq qururdular. Bir- birlərinə şirin türk ləhcəsi ilə müracət edirdilər. 

Təbii ki, bu diqqətəşəyan bir hadisə idi. Bu dialoqlar və isti münasibətlər dünyaya yeni mesajlar verirdi. Türk dövlətlərinin ən yaxın illərdə monolit birliyinin anonsu idi, bu dialoqlar. 
Türkcə danışıqlar eyni zamanda sivilizasiyaya bir xatırlatma idi.

Dünyada ingilis, alman, ispan, fransız, rus dilləri kimi türk dilinin də beynəlxalq danışıq dili kimi rəsmiyyətə salınması vaxtının çatdığına bir işarə idi, bu danışıqlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO