Komitə sədri Ağalı kəndinə qayıdacaq ilk sakinlərdən DANIŞDI

Komitə sədri Ağalı kəndinə qayıdacaq ilk sakinlərdən DANIŞDI

Hazırda oxunan: Komitə sədri Ağalı kəndinə qayıdacaq ilk sakinlərdən DANIŞDI

80585

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Komitənin saytında yerləşdirilib.

Mənbə yazır ki, ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub


Bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir.

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO