İlham Əliyev: \

İlham Əliyev: \"Özbək xalqı ilə bir yumruq kimi birlikdə olacağıq\"

Hazırda oxunan: İlham Əliyev: \"Özbək xalqı ilə bir yumruq kimi birlikdə olacağıq\"

80541

"Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda deyib.

"Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Şavkat Mirziyoyev “Nurullaboy” saray kompleksi ilə tanış olublar - YENİLƏNİB - FOTO


Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.

Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur.

Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.

Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq", - deyə dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO