Erməni katolikosu II Qaregen Allahşükür Paşazadəyə müraciət etdi

Erməni katolikosu II Qaregen Allahşükür Paşazadəyə müraciət etdi

Hazırda oxunan: Erməni katolikosu II Qaregen Allahşükür Paşazadəyə müraciət etdi

8054

Bütün ermənilərin Katolikosu II Qaregen bazar günü Eçmiədzin kilsəsində keçirilən məhbusların və itkin düşənlərin azad edilməsi üçün xüsusi dua mərasimində Azərbaycanın ruhani liderinə müraciət edib.

Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Azərbaycanın dini liderindən əsirlərin geri qaytarılmasında köməklik göstərməsini xahiş edib.

Katolikosun sözlərinə görə, Erməni həvari kilsəsi Azərbaycanın ruhani lideri Allahşükür Paşazadənin əsirlərin azad edilməsi üçün səy göstərəcəyini, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə görüşlərin ruhuna uyğun olaraq, itkin düşmüş və həlak olmuş döyüşçülərin qalıqlarının axtarılmasına kömək edəcəyini gözləyir.

Münaqişənin nəticələrinin aradan qaldırılması kontekstində II Qaregen Rusiya prezidenti Vladimir Putinə vəziyyətin sabitləşməsinə və humanitar problemlərin həllinə verdiyi şəxsi töhfələrinə görə təşəkkür edib. O, Rusiya Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin rolunu yüksək qiymətləndirib, gərginliyin aradan qaldırılmasına kömək etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO