Rusiya-Ukrayna müharibəsi nə qədər davam edəcək? – Amerikalı ekspert Piter Teysdən eksklüziv TƏHLİL

Rusiya-Ukrayna müharibəsi nə qədər davam edəcək? – Amerikalı ekspert Piter Teysdən eksklüziv TƏHLİL

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi nə qədər davam edəcək? – Amerikalı ekspert Piter Teysdən eksklüziv TƏHLİL

80434

Amerikada yaşayan siyasi ekspert Piter Teys Ukrayna-Rusiya müharibəsində bu günə kimi baş verənlər və müharibənin gələcək taleyini Bizim.Media üçün təhlil edib. O, bildirib ki, Ukrayna çox mülahizələri alt-üst etdi. İndi başverənlərlə bağlı Qərbdə də çaşqınlıq var. Heç kim müharibənin bu qədər uzanacağını proqnoz etmirdi. Əsas da Rusiya, Moskva ukraynalılarla savaşda böyük sürprizlərlə qarşılaşdı. Piter Teysin təhlilini təqdim edirik:

Rusiyanın baş tutmayan blitzkriqinqi

Vladimir Putinin Ukraynaya müdaxilə əmrindən 13 gün sonra Ukrayna ordusu və xalqının müqaviməti qarşısında ölkədə gərgin döyüşlərin hələ də davam etməsi, Moskvanın blitzkriqinq keçirmək və marionet hökumət qurmaq planının baş tutmadığını deməyə əsas verir. Bu səbəbdən Ukraynadakı münaqişənin sürətli müharibə olması variantı reallıqdan getdikcə uzaqlaşır.

Mövcud münaqişəyə və Ukrayna ordusunun kəşfiyyat məlumatlarına əsaslanaraq və Rusiya qoşunlarının Ukraynada həyata keçirdiyi əməliyyatlara nəzər salarkən, görünür ki, ilkin plan hava və quru hücumları ilə Kiyev hökumətini qısa müddətdə süquta uğratmaq idi. Ancaq rus qoşunları Ukraynada çox fərqli bir situatsiya ilə qarşılaşdılar və bu, onları hərbi planlarını yenidən nəzərdən keçirməyə məcbur etdi. Kremlin gözlədiyindən fərqli olaraq, bu, qısamüddətli müharibə olmayacaq.

Müharibə nə qədər davam edə bilər? 

Hesab edirəm ki, 2024-cü ildən sonra müharibə Ukrayna daxilində uzunmüddətli və aşağı intensivli münaqişə formasını alacaq.

Ukrayna ordusunun ruslarla döyüşmək üçün heyrətamiz cəsarəti və həvəsi olduğundan reallıqlar dəyişdi. Moskvanın planı iflasa uğradı. Müharibə uzandığına  görə, rus ordusunun əhval-ruhiyyəsi bir qədər aşağı düşür. Onlar nə baş verdiyini anlayırlar və rus əsgərləri Ukrayna daxilində gərgin hərbi təlimlər keçir. Yorğunluq və başqa ərazidə vuruşmları mənəvi cəhətdən hər keçən gün rus əsgərlərində ruh düşkünlüyü yaradır və ön cəbhədə ərzaq təchizatının məhdudlaşması rus ordusundakı gərginliyi biraz da artırır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna gərginliyi enerji qiymətlərini artırır


Sübut olunub ki, Rusiya ordusu ilkin olaraq əksər qərb ekspertlərinin iddia etdiyi kimi, bacarıqlı və təminatlı deyil.

Aydındır ki, Rusiya müharibədən öncə səhv hesablama  aparıb. Moskva Ukraynanın hər küncdə, hər kəndində mövcud olan bu müqaviməti gözləmirdi. Bir daha qeyd edərdim ki, Putin fikirləşirdi ki, o, marionet hökumət quracaq və ola bilsin ki, bəzi ukraynalılar buna etiraz etsinlər, amma onları asanlıqla zərərsizləşdirə biləcək, lakin bu da baş tutmadı.

Ən çox ehtimal olunan ssenarilərdən biri budur ki, Rusiya paytaxt Kiyevi ələ keçirsə və Ukrayna Ordusu komandanlıq birliyini itirsə, Ukraynadakı münaqişə illərdir davam edən partizan müharibəsinə çevriləcək. Hesab edirəm ki, əgər müharibə bu minvalla davam etsə, 2024-cü ilə qədər Ukrayna ərazisinə qismən Rusiya qüvvələri tərəfindən nəzarət ediləcək.

Ukraynanın dəniz limanlarına da  Rusiya qüvvələri tam nəzarət edəcəklər, çünki bu onlar üçün xüsusilə vacibdir.

Xalq üsyanı və ya partizan müharibəsi də ehtimaldır. Buna baxmayaraq, 2023-cü ildə Donbas, Luqansk, Odessa və  Krım yaxınlığında səngərlərdə Ukrayna qüvvələri ilə Rusiya qoşunları arasında şiddətli toqquşmaların şahidi olmaqda davam edəcəyik. Bu zaman Rusiya qarşı olan sanksiyalar azalmayacaq, əksinə, ölümcül həddə çatacaq.

2022-ci ilin fevralında müharibə başlayanda Ukrayna prezidenti Volodimir Zelenski öz ölkəsini müdafiə etməyə hazır olan mülki şəxslərdən ibarət Ərazi Müdafiə Birlikləri yaratdı, könüllüləri silahlandırdı.

Putinin hələ dərk etmədiyi odur ki, Ukrayna dövləti dağılsa belə, artıq xalqın müqavimət reaksiyası yaranıb və bu, Kiyevdə alternativ hökumət qurulsa belə zərərsizləşdirilməsi mümkün olmayacaq.


Ukraynada vətənpərvər qürur formalaşıb və onlar rus himayəsini silah gücünə qəbul etməyəcəklər.

NATO müharibəyə qatılacaqmı?

Şimali Atlantika Müqaviləsi Təşkilatı dəfələrlə bəyan edib ki, Ukraynadakı münaqişədə birbaşa iştirak etməyəcək, baxmayaraq ki, Rusiya hər hansı NATO üzvünə hücum edərsə, bu, onun 5-ci maddəsinin tətbiqinə gətirib çıxaracaq və təşkilata üzv olan digər ölkələr də bunu hücum kimi qiymətləndirəcək. 

Bununla belə, yaxın gələcəkdə Alyans və Rusiya qüvvələrinin toqquşması ilə nəticələnən ssenarilər ola bilər.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO