Şavkat Mirziyoyev Füzulinin əlyazmasını İlham Əliyevə HƏDİYYƏ ETDİ

Şavkat Mirziyoyev Füzulinin əlyazmasını İlham Əliyevə HƏDİYYƏ ETDİ

Hazırda oxunan: Şavkat Mirziyoyev Füzulinin əlyazmasını İlham Əliyevə HƏDİYYƏ ETDİ

80353

"Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir".

Bizim.Media xəbər verir ki, bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü oldu


"Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi", - Şavkat Mirziyoyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO