Putin Makrona zəng etdi – MÜZAKİRƏ QARABAĞDIR

Putin Makrona zəng etdi – MÜZAKİRƏ QARABAĞDIR

Hazırda oxunan: Putin Makrona zəng etdi – MÜZAKİRƏ QARABAĞDIR

8026

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Tərəflər yanvarın 11-də Moskvada keçiriləcək Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremil görüşdə ilk növbədə bölgədə dinc həyatın qurulması istiqamətində gələcək addımların nəzərdən keçirilməsini planlaşdırdığını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Dağlıq Qarabağa dair təcili iclas keçirdi


Fransa Prezidenti Rusiyanın Dağlıq Qarabağ həllinə kömək etmək səylərini dəstəkləyib.

"Döyüş hadisələrindən əziyyət çəkən əhaliyə, o cümlədən ixtisaslaşmış beynəlxalq təşkilatların xətti ilə təcili humanitar yardım göstərilməsinin vacibliyi vurğulanıb", - deyə mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Kremldə yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli danışıqları haqda informasiya öncədən yayılmışdı. Telefon danışığı da bu informasiyadan qaynaqlanır. 

Xatırladaq ki, Kremildəki danışıqlar zamanı Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrı görüşləri də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO