Avropa İttifaqı Türkiyə ilə münasibətlərə yenidən baxır

Avropa İttifaqı Türkiyə ilə münasibətlərə yenidən baxır

Hazırda oxunan: Avropa İttifaqı Türkiyə ilə münasibətlərə yenidən baxır

8022

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyə ilə bağlı özəl açıqlama yayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Borell Avropa İttifaqının Türkiyə ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Borrell, Prezident Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyenin arasında keçirilən video konfransdan sonra bir çox mətləblərə aydınlıq gəldiyini söyləyib. O, bu ilin mart ayında nəzərdə tutulan Aİ Sammitinə qədər bu münasibətlərin daha da istiləşəcəyinə əminlik ifadə edib.

Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da Brüsselə səfəri də planlaşdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO