“ABŞ köçkünlərə evlərinə qayıtmaq üçün yardım göstərir” - Səfir 

“ABŞ köçkünlərə evlərinə qayıtmaq üçün yardım göstərir” - Səfir 

Hazırda oxunan: “ABŞ köçkünlərə evlərinə qayıtmaq üçün yardım göstərir” - Səfir 

80014

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Ümümdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. 

Səfirlikdən Bizim.Media-ya verilən xəbərə görə, bəyanatda deyilir: 

“Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb olmuşdur. 

Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri yaxşı bilirlər. 

Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən çox humanitar yardım göstərən yeganə ölkədir.
Bundan əlavə, Amerika Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkə daxili icmalarda 3.5 milyondan çox qaçqını qəbul edən dünya lideridir. 

Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis dili proqramları eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam etdikcə biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da vacibdir. 

Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir.

Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları və məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir.

Bundan əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək etmək üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir. 
Keçən payızda Gəncədə olarkən mən Səfirliyin dəstəyi ilə Amerika guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin ilhamverici qrupu ilə görüşdüm.

Bu gün, Ümumdünya Qaçqınlar Günündə mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz hamımız qaçqınların, məcburi köçkünlərin və münaqişə və fəlakətdən zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam etdirə bilərik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO