BMT-də Azərbaycanın hesabatı təqdim edildi

BMT-də Azərbaycanın hesabatı təqdim edildi

Hazırda oxunan: BMT-də Azərbaycanın hesabatı təqdim edildi

79561

Bu gün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib.

Komitədən Bizim.Media-ya verilən xəbərə görə, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı Azərbaycan hökuməti adından Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Bahar Muradova deyib ki, ölkədə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələr çərçivəsində regionlarda yaradılmış 3 İcma Resurs, 15 Qadın Resurs Mərkəzi Hazırda ümumilikdə Qadın Resurs Mərkəzinin 2799 nəfər üzvü var.
Bugünədək həmin mərkəzlərdən faydalanan qadınların sayı 8 mindən çox olub.

Komitə sədri bildirib ki, 2020-ci ildə qlobal pandemiyanın davam etdiyi bir zamanda Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən danışan sədr 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə bitməsini vurğulayıb.

Qeyd edilib ki, Ermənistanın son hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş (101 qadın, 50 uşaq) yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Sədr postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərildiyini diqqətə çatdırıb: 

“Azərbaycan hökuməti, o cümlədən, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatların birgə layihəsi çərçivəsində müharibədən zərərçəkmiş insanlarla iş aparıldığını, onların psixososial vəziyyətinin yaxşılaşdırılması və hüquqi dəstək istiqamətində xidmətlər göstərilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO