"Ermənilər növbəti müharibə istəsə, bu, onların fəlakəti olacaq" - İLHAM ƏLİYEV

Hazırda oxunan: "Ermənilər növbəti müharibə istəsə, bu, onların fəlakəti olacaq" - İLHAM ƏLİYEV

79499

“Əgər Ermənistan Cənubi Qafqazda sülhün olmasını istəmirsə, onda bir sual meydana çıxır, onlar nə istəyir? Əgər onlar növbəti müharibə istəsələr, bu, onlar üçün fəlakət olacaq və bunu aydın başa düşürlər”.

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Düşünürəm ki, Ermənistandakı hakimiyyət və revanşist qüvvələr açıq şəkildə anlayır ki, bu, dövlətçiliyin sonu olacaq. Ona görə də mən hesab edirəm ki, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Gürcüstanda üçtərəfli görüşdən imtina edir” – Azərbaycan Prezidenti


Xatırladaq ki, rəsmi Bakı Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün təşkili ilə bağlı Ermənistana təklif göndərib, İrəvan isə bu təklifə “yox” deyib.

Azərbaycan Prezidenti Forumda çıxışı zamanı bu mövzuya toxunub: “ Ermənistan imtina edir, bunun səbəbini bilmirəm, heç bir məntiqli izahat tapa bilmirəm”.

İlham Əliyev Azərbaycanın mövqeyinin aydın olduğunu deyib: “Gürcüstan hökumətinin də mövqeyi aydındır. Biz bu dialoqa başlamaq istəyirik, qarşılıqlı fəaliyyətə başlamaq istəyirik, ancaq təbii ki, Ermənistansız bu mümkün olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO