“Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, istehsalçı ölkələr stabil enerji bazarının, istehsalçılarla istehlakçılar arasında balansın tərəfdarıdır:
MÖVZU İLƏ BAĞLI:
Prezident: "Zəngəzur dəhlizi regionda sülh və əmin-amanlığın təməl sütunudur"
“Mən əminəm ki, gündəliyin əsas məsələlərindən biri aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədəki rolu olacaq. Çünki bu qaçılmazdır və bu artıq qapıdadır. Həmçinin beynəlxalq təşkilatlar və aparıcı ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrasiyanın potensial artması ilə məşğul olmalıdırlar. Biz bura istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərliyə səbəb olan enerji bazarlarındakı təxmin edilməyən vəziyyəti də əlavə edə bilərik.
Bu vəziyyət istehsalçıların özləri üçün də risklidir. Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir. İstehsalçılarla istehlakçılar arasında balans, stabil bazar – istehsalçıların buna ehtiyacı var. Azərbaycanın da iştirak etdiyi “OPEC+”un səyləri buna yönəlib”.
Bizim.Media