Binəli Yıldırım Şuşadan Ermənistana səsləndi: “Öhdəlikləri yerinə yetirin”

Binəli Yıldırım Şuşadan Ermənistana səsləndi: “Öhdəlikləri yerinə yetirin”

Hazırda oxunan: Binəli Yıldırım Şuşadan Ermənistana səsləndi: “Öhdəlikləri yerinə yetirin”

79358

“Birliyimizi qorumaq üçün daha çox çalışacağıq. Elm, iqtisadiyyat, infrastruktur, mədəniyyət, ticarət və qarşılıqlı investisiya sahələrində də əlaqələrimizi daha yüksək səviyyəyə çıxaracağıq”.

Bizim.Media xəbər verir ki, bunu Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım bildirib.

APA-nın məlumatına görə, Binəli Yıldırım regionun mürəkkəb bir coğrafiyada yerləşdiyini söyləyib:

“Ətrafımız atəş çəmbəridir. Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır. İraq və Suriyada qeyri-sabitlik hökm sürür”. 

AKP sədrinin birinci müavini Ermənistanı Azərbaycanla imzalanmış anlaşmalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb:

“Sülhün regional əməkdaşlığa, sabitliyə fayda verməsi üçün daha çox müzakirəyə ehtiyac var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO