Fərid Şəfiyev:

Fərid Şəfiyev: "Ermənistandan keçidlə bağlı mübahisələr hələ də davam edir"

Hazırda oxunan: Fərid Şəfiyev: "Ermənistandan keçidlə bağlı mübahisələr hələ də davam edir"

79336

"Daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir". 

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın “Al Jaazira” kanalına verdiyi müsahibəni şərh edərkən bildirib. 

“Müsahibədə "DQ statusu" gündəmə gətirilir. Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq” – deyə mərkəz sədri qeyd edib. 

O bildirib ki, Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra faktorların maraqları səbəbindən sülh prosesi ölü nöqtəyə doğru irəliləyir. 

Fərid Şəfiyevin sözlərinə görə, Paşinyan müsahibəsində deyir ki, biz artıq suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında regional kommunikasiya xətlərinin açılması məsələsini müzakirə edirik:

“O zaman danışıqlarda da bu prinsiplərə hörmət edilməlidir. Bir sözlə, Zəngəzur və Laçın müvafiq olaraq Ermənistan və Azərbaycana məxsus olmaları ilə bağlı suveren statusa malikdirlər, lakin insanlar və yüklərin keçidi ilə bağlı eyni rejimi paylaşırlar. Bununla yanaşı Ermənistan ərazisindən keçidlə bağlı mübahisələr hələ də davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO