Rus hərbçilərinə erməni HÜCUMU – “Separatçıların varlığı sülhməramlılara qəbuldursa, cəfasını da çəkməlidirlər”

Rus hərbçilərinə erməni HÜCUMU – “Separatçıların varlığı sülhməramlılara qəbuldursa, cəfasını da çəkməlidirlər”

Hazırda oxunan: Rus hərbçilərinə erməni HÜCUMU – “Separatçıların varlığı sülhməramlılara qəbuldursa, cəfasını da çəkməlidirlər”

79211

Erməni mediasının məlumatına görə dünən gecə saatlarında Laçın dəhlizində erməni silahlıları ilə Rusiya sülhməramlıları arasında silahlı insident yaşanıb. Belə ki, müvəqqəti xidmət zonalarından Ermənistana və oradan da Ukraynaya getmələri nəzərdə tutulan bir qrup hərbçi Laçın dəhlizində hücuma məruz qalıb və silahlılar zərərsizləşdirilib.

Məlumata görə, hadisəni törətməklə ermənilər Rusiya sülhməramlılarının Qarabağdan getməsinə mane olmağa çalışıblar.

Hadisəni Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, ermənilər özləri də başa düşməlidirlər ki, bu addımın atılması ilə onlar Rusiya sülhməramlılarının Qarabağda qalmasına nail ola bilməzlər:

“Əgər ciddi qərar qəbul olunubsa, bu yerinə yetirilməlidir. Kiminsə istəyinin burada hər hansı önəmi yoxdur. Ümumi mənzərə isə ondan xəbər verir ki, bölgədə təxribatçı, hərbiləşmiş quldur dəstələri fəaliyyət göstərirsə, bu cür insidentlərin baş verməsi qaçılmazdır. Hücum Rusiya sülhməramlılarına da bir işarədir. Əgər onlar normal şəraitdə qulluq etmək niyyətindədirlərsə, bu reallığı nəzərə almalıdırlar. Yox əgər bölgədə təxribatçı qrupların varlığı onlara qəbuldursa, sülhməramlılar bunun cəfasını da çəkməlidirlər. Çünki terrorçularla oyun oynamaq qeyri-ciddi hərəkətdir”.

İlqar Vəlizadə təxribatın separatçılarla sülhməramlılar arasındakı münasibətlərə mümkün təsirlərini də şərh edib:

“Sözügedən hadisə əslində bizim əlimizdə bir arqumentdir və bundan biz istifadə edə bilərik. Rusiya sülhməramlıları və ya siyasətçiləri separatçıları müdafiə etdikdə biz deyə bilərik ki, “baxın, sizin müdafiə etdiyiniz separatçılar sizə təhlükə törədirlər”. Artıq rus hərbçiləri özləri qərar verməlidirlər. Məntiqi olansa budur ki, sülhməramlılar separatçılara qarşı daha ciddi addımlar atmalıdırlar. Bunun baş verib-verməyəcəyini proqnozlaşdırmaqsa çətindir. Təəssüflər olsun ki, hələ də separatçılarla oyun oynamaq istəyənlərin sayı çoxdur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO