“Rusiya Qarabağ problemini yenidən müharibə həddinə gətirə bilər” – Zərdüşt Əlizadədən ŞOK PROQNOZ 

“Rusiya Qarabağ problemini yenidən müharibə həddinə gətirə bilər” – Zərdüşt Əlizadədən ŞOK PROQNOZ 

Hazırda oxunan: “Rusiya Qarabağ problemini yenidən müharibə həddinə gətirə bilər” – Zərdüşt Əlizadədən ŞOK PROQNOZ 

78590

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 9-da İrəvana səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüş keçirib. Müzakirələrin yekunlarına dair mətbuata açıqlamalar verən Lavrovun Fərrux kəndindəki vəziyyət və Qarabağda delimitasiya prosesi ilə bağlı səsləndirdiyi fikirlər isə geniş müzakirələrə səbəb olub.

Belə ki, rusiyalı nazir Lavrovun sözügedən açıqlamalarına cavab olaraq Azərbaycan XİN Qarabağda hər hansı delimitasiya prosesinin nəzərdə tutulmadığını bildirib.

Maraqlı məqamsa ondan ibarətdir ki, sonradan Rusiya XİN tərəfindən Lavrovun bəyanatının stenoqramında dəyişiklik olunub. 

Sual yaranır, Lavrovun bu açıqlaması özünün şəxsi təşəbbüsü, yoxsa Rusiyanın bölgədə nəbz yoxlaması idi?

“Rusiya Azərbaycana ismarış göndərir ki, Qarabağ problemini yenidən müharibə həddinə qədər gətirə bilər”, - deyə mövzunu Bizim.Media üçün şərh edən politoloq Zərdüşt Əlizadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Fərrux kəndindəki mövqedən danışdı: “Mütləq həll olunacaq... 


Onun sözlərinə görə, bu dəfə Rusiya hədələrini Lavrovun dili ilə səsləndirib:

“Yəni “Ria Novosti”nin Dağlıq Qarabağ məmurundan müsahibə götürməsi də Azərbaycana mesaj idi. Azərbaycan buna cavab olaraq, “Ria Novosti”ni əngəllədi. Amma Fərruxla bağlı Lavrov açıqlama verərək, qeyd etdi ki, Dağlıq Qarabağın sərhədləri də delimitasiya komissiyası tərəfindən müəyyənləşdiriləcək. Hərçənd, Azərbaycan-Ermənistan delimitasiya komissiyası yalnız iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi ilə məşğuldur”.

Politoloq Rusiyanın bu cür davranışlarını, Moskvanın özünü bölgənin ağası kimi göstərmək cəhdi kimi qiymətləndirib:

“Hər kəs bilir ki, Amerikanın bölgədə təsir imkanları məhduddur. Uzun illər davam edəcək proseslərin nəticəsi olaraq vəziyyət dəyişə bilər. Gürcüstan tamamən Amerikapərəst idi, nəyə nail oldu? Ərazilərini itirib, iqtisadiyyatı ağır vəziyyətdədir, özünə daha ciddi müttəfiq axtarmağa məcburdur. Amma yenə də Amerikaya “qurban olum” deyir. Azərbaycan isə praqmatik siyasət yürüdür, müəyyən addımlarla özünün sərbəst hədlərini müəyyənləşdirir. Məsələn, Fərrux kəndinin nəzarətə götürülməsi, “Ria Novosti”nin bağlanması da bu siyasətin göstəricisi idi”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO