XİN-dən Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

XİN-dən Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: XİN-dən Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

78432

“Bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub”. 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. 

“Ukraynadakı səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb.
Vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüb. Digər gəmidə qalan vətəndaşlarımız barədə səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır” – deyə XİN rəsmisi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO