Hicran Hüseynova erkən nikahla bağlı dövlət qurumlarına SƏSLƏNDİ 

Hicran Hüseynova erkən nikahla bağlı dövlət qurumlarına SƏSLƏNDİ 

Hazırda oxunan: Hicran Hüseynova erkən nikahla bağlı dövlət qurumlarına SƏSLƏNDİ 

77959

Azərbaycanda erkən nikahlarla bağlı acınacaqlı durum davam edir. İctimaiyyəti hərəkətə gətirən yeniyetmələrin məcburi ərə verilməsi ilə bağlı cinayət işinin açılmaması isə müzakirə edilən məsələyə çevrilib. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib. Azərbaycanda erkən nikahların qarşısının alınması üçün qanunvericilik bazasının təkmilləşdirildiyini xatırladan xanım deputat cinayət tərkibinin qanunvercilikdə müvafiq müddəalarla əks olunduğunu qeyd edib:

“Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18 -ə qaldırılıb. Kişilər və qadınlar üçün nikah yaşı 18-dir. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları  nikaha  daxil  olmağa məcbur  etməyə görə xüsusi maddə ilə məsuliyyət  müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Məişət zorakılığı törədənlərlə bələdiyyələr məşğul olacaq? – Komitə sədrindən AÇIQLAMA


Cinayət Məcəlləsinə əlavə və dəyişiklik əsasında  qadını nikaha daxil olmağa məcbur etmə - 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yəni əgər bu və ya digər şəxs tərəfindən (bu valideyn, qəyyum və himayədar ola bilər) hər hansı qadın və yaxud yetkinlik yaşına çatmayan şəxs nikaha məcbur edilirsə, o qanunvericilikdə nəzərdə tutulduğu kimi məsuliyyət daşıyır”. 

Hicran Hüseynovanın sözlərinə görə erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir:

“Bu həmin qızın fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailədə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır.
Buna görə də qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün bütün dövlət qurumları, vətəndaş cəmiyyəti bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində daha çox maarifləndirmə işləri aparılmalıdır. İctimai qınaq artırılmalıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO