Bakıda “Şərq Bazarı” istifadəyə verildi - İlham Əliyev və xanımı AÇILIŞDA - FOTO/VİDEO

Bakıda “Şərq Bazarı” istifadəyə verildi - İlham Əliyev və xanımı AÇILIŞDA - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda “Şərq Bazarı” istifadəyə verildi - İlham Əliyev və xanımı AÇILIŞDA - FOTO/VİDEO

77914

Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

“Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.
 

Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO