“Xudu Məmmədovu Nemət Pənahlı, Hatəmi, Mənsur əsəbiləşdirib öldürüblər” – Keçmiş Təhsil naziri

“Xudu Məmmədovu Nemət Pənahlı, Hatəmi, Mənsur əsəbiləşdirib öldürüblər” – Keçmiş Təhsil naziri

Hazırda oxunan: “Xudu Məmmədovu Nemət Pənahlı, Hatəmi, Mənsur əsəbiləşdirib öldürüblər” – Keçmiş Təhsil naziri

77684

“Elçibəy də, mən də Xudu Məmmədovu özümüzə müəllim sayırdıq. Amma o heç birimizə dərs deməmişdi. Sadəcə milli hərəkatda onun kimi saf, təmiz və intelektli adam yox idi. Ona görə onu çox sevirdik…”

Bu fikirləri Bizim.Media-nın Baş redaktoru Anar Tahirova müsahibə verən keçmiş təhsil naziri, tanınmış filoloq, professor Firudin Cəlilov deyib. 

Keçmiş nazir daha sonra deyib ki, “Bir gün mənə zəng elədi ki, “bəs filan yerdə iclas olacaq. Sən ora gələssən?” Dedim “yox, mən ora getmirəm. Sizə də getməyi məsləhət bilmirəm”. Rəhmətlik çox abırlı adam idi. Mənə qayıtdı ki, “yox, söz vermişəm, gərək gedəm”. Getdi.
 

MÖVZU İLƏ BAĞLI:

Xudu Məmmədovun ölümünə kim səbəb olub? – Firudin Cəlilovla bir çox sirləri ifşa edən VİDEOMÜSAHİBƏ 


Axşam eşitdim ki, həmin iclasda əsəbiləşib və yerindəcə keçinib. Sonra həmin tədbirdə iştirak edənlərdən öyrəndim ki, tədbirə gedəndə Nemət (Pənahlı) onu yol boyu əsəbiləşdirib. İclasda da o vaxt bir Hatəmi vardı, o, sonra gerizəkalı Mənsur var idi o, onu əsəbiləşdirib. Düşüblər bunun üstünə. Xudu müəllim də abırlı adam idi. Dözməyib, iclasdaca keçinib”. 

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiz:
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO