Qondarma rejimin son ÇIĞIRTILARI – Bu bəyanatların ünvanı kimdir?

Qondarma rejimin son ÇIĞIRTILARI – Bu bəyanatların ünvanı kimdir?

Hazırda oxunan: Qondarma rejimin son ÇIĞIRTILARI – Bu bəyanatların ünvanı kimdir?

77560

“Beqlaryanın mesajı provokasiya xarakterlidir, Avropaya istiqamətlənib və beynəlxalq hüquq müstəvisində əsassızdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Qarabağdakı qondarma rejimin dövlət “naziri” Artak Beqlaryanın təxribat xarakterli “Rusiya sülhməramlıları Dağlıq Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır və hazırda onların iştirakı xüsusilə zəruridir” fikrinə münasibət bildirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.


“Bu əslində yeni fikir deyil. Erməni separatçıları təxminən ilyarımdır ki, bu sözləri təkrarlayır. Amma nə qədər təkrarlasalar da, belə açıqlamaları istəkdən o tərəfə gedən məsələ deyil. Çünki ortada 10 noyabr sənədi var. Orada sülhməramlıların olma müddəti konkret göstərilib. Burada həmçinin hansı tərəflərin Rusiya sülhməramlılarının çıxarılmasını tələb etməyə haqqı olduğu da göstərilib. Haqqı olanlar Azərbaycan və Ermənistandır”.  

Ekspertin fikrincə, qondarma rejim nümayəndəsinin həmin mesajı Moskvadan ünvanlanıb: 

“Beqlaryandan bu müsahibəni Rusiyanın RİA Novosti informasiya agentliyinin alması da təsadüfi deyil. Müsahibədə əsas məqsəd məhz prosesdə Rusiyanın rolunu nümayiş etdirmək, onu dəstəkləmək olub. Həmin müsahibədə Beqlaryanın Avropa İttifaqının “Dağlıq Qarabağ münaqişəsinin” həllində rolunun olmadığı barədə fikri də yer alıb. Yəni Rusiya Qarabağ erməniləri vasitəsilə həm Ermənistan cəmiyyəti, həm də Avropaya mesaj yollayır ki, Aİ bu işlə məşğul olmamalıdır. Ona görə də bəyan edirlər ki, Rusiyanın bölgədəki sülhməramlı fəaliyyəti uzunmüddətli olmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO