Dağlıq Qarabağ məsələsi Moskvanın istifadə edə biləcəyi ən ideal silahdır – TARİXÇİ EKSPERT

Dağlıq Qarabağ məsələsi Moskvanın istifadə edə biləcəyi ən ideal silahdır – TARİXÇİ EKSPERT

Hazırda oxunan: Dağlıq Qarabağ məsələsi Moskvanın istifadə edə biləcəyi ən ideal silahdır – TARİXÇİ EKSPERT

7746

“Əvvəlcədən də 44 günlük savaşın niyə məhz 2020-ci ildə baş tutması haqqında müxtəlif fikirlər var idi. 2020-ni 1920-ci illə eyniləşdirənlər də çoxdur. Bilirsiniz ki, 1920-ci il aprelin 27-də Sovet Rusiyası Azərbaycanı işğal etdi və rusların nəzarətində Azərbaycanda sovet hökuməti yaradıldı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tarixçi Faiq Ələkbərov səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Şahverdilər və Şurnuxu vahiməsi – Araşdırma


Onun fikrincə, belə paralellər aparanlar mövcuddur. 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yanvarın 11-də baş tutma ehtimalından bəhs edən tarixçi 1920-ci ilin eyni tarixində Versal Sülh Konfransında Azərbaycan müstəqilliyinin de-fakto tanınmasından da danışdı.

''Həmin konfransda Azərbaycan və Gürcüstanın müstəqilliyi tanınıb. Müstəqilliyimizi tanıyan konfrans iştirakçıları arasında Böyük Britaniya və ABŞ da var idi. İndiki dövrdə sadə vətəndaşlar, politoloq və tarixçilərin müqayisəsi çox insanda müəyyən mənada əndişə, narahatlıq yaradır''.

Əsas nigarançılıq isə odur ki, Rusiya 1920-ci ildə Azərbaycan və Ermənistanı, 1921-ci ilin fevralında isə Gürcüstanı nəzarəti altına keçirdi. Çox maraqlıdır ki, o vaxt rusların Cənubi Qafqaz işğalı Azərbaycandan başlayıb”.

Faiq Ələkbərovun fikrincə, müasir dövrdə də Ermənistan Rusiyanın nəzarətində olub və təkcə Paşinyanın hakimiyyəti illərində bu asılılıq nisbətən sınıb. 

''Gürcüstanda isə, Mixeil Saakaşvili hakimiyyətdən gedəndən sonra Tbilisi hökumətində Kreml cinahında ilıqlaşma var. 2020-ci ildə 44 günlük savaş və Azərbaycan ərazisində Rusiya sülhməramlılarının yerləşdirilməsi də Moskvanın Bakı üzərində nəzarəti yüksəltmək şübhələrini artırır''.

''Faktiki olaraq Dağlıq Qarabağda rus sülhməramlılarının etdiyi hərəkətlər Azərbaycana təhdid xarakteri daşıyır. Rəsmi Bakı bunu açıq ifadə etməsə də, mövzu ilə əlaqədar Azərbaycanın da narahatçılıqları var. Görünür, yanvarın 11-i bəzi detallar dəqiqləşdiriləcək''.

Azərbaycanın azad, Ermənistanın qərb yönümlü siyasət yürütməsi Rusiyanı narahat etməyə bilməz və yanvarın 11-i bu nüansların da masada müzakirə olunacağı gözlənilir.

Tarixçi düşünür ki, bölgənin nəzarətindən çıxdığını görən Rusiya həm Azərbaycan, həm də Ermənistana ciddi təzyiqlər göstərir.

''Dağlıq Qarabağ məsələsi isə, həm Bakı, həm də İrəvana qarşı Moskvanın istifadə edə biləcəyi ən ideal silahdır. Rusiya sülhməramlılarının artıq-əskik davranışları, Dağlıq Qarabağda qondarma rejim nümayəndələrinin müəyyən addımlar atması, Ermənistan rəsmilərinin separatçılarla görüşləri təsadüfi deyil''.

''Çünki Rusiya nəyi idarə edirsə, nəyə icazə verirsə, Ermənistan o addımları atır. Moskvanın Qazaxıstan, Ukrayna, Belarusa da müəyyən təhdidləri var. Dağlıq Qarabağda Rusiyanın digər məqsədi orada möhkəmlənib, regiona İranla birgə nəzarət etməkdir''.

Faiq Ələkbərov sonda bildirdi ki, bütün bunlara rəğmən Azərbaycanda bir əsr öncə baş verənlər təkrarlanmayacaq, ölkəmiz suverenlik və ərazi bütövlüyünü qoruya biləcək.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO