Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

77400

Benin Respublikasının Prezidenti Patris Talon Prezident İlham Əliyevə təbrik ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Benin hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram. 

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və rifah arzulayıram. 

Eyni zamanda, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq möhkəmləndirilməsi arzularımı bildirmək istəyirəm. 
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". 

XXX 

Həmçinin Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir: 

“Zati-aliləri. 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram. 

Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına firavanlıq və inkişaf, ölkələrimiz arasındakı sıx əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini diləyirəm. 
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”. 

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani də Prezident İlham Əliyevi təbrik edib. 

Təbrikdə deyilir: 

"Zati-aliləri. 

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirərəm. 

Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram". 

XXX 

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Məktubda deyilir: 

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu. 

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. 

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza davamlı tərəqqi və firavanlıq diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO