Baydenin İlham Əliyevə ünvanladığı məktub hansı mətləblərdən xəbər verir? – ŞƏRH

Baydenin İlham Əliyevə ünvanladığı məktub hansı mətləblərdən xəbər verir? – ŞƏRH

Hazırda oxunan: Baydenin İlham Əliyevə ünvanladığı məktub hansı mətləblərdən xəbər verir? – ŞƏRH

77354

“ABŞ prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu səsləndirib. 

Deputat bildirib ki, bu, son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci məktubdur və bu da özlüyündə ayrıca əhəmiyyət kəsb edir:
 

MÖVZU İLƏ BAĞLI:

Baydendən İlham Əliyevə: “Azərbaycan Ukraynanı yanacaqla təchiz etməklə həlledici rol oynayır”


“Çünki iki ölkənin hazırki mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq sonrakı mərhələdə “Əsrin müqaviləsi” kimi səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazanmış oldu”. 
Hikmət Babaoğlunun sözlərinə görə, bütün bu tipli digər regional əməkdaşlıq platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevirilib: 

“Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir. ABŞ prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri bununla bağlıdır. İki ölkə hazırda vaxtilə aldıqları uzaqgörən və perspektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır”.

Millət vəkili vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır: 

“Əməkdaşlıq daha geniş və daha rəngarəng spektri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən tutmuş, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmaqla hərbi-siyasi sahədə əməkdaşlığa qədər olduqca çoxşaxəli istiqamətlər daxildir.

Ona görə də ABŞ prezidenti bu mühüm istiqamətlərə toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir. ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir. 
Eyni zamanda Azərbaycanın regionda sabitləşdirici rol oynadığı xüsusi vurğulanır. Bu kontekstdə Ukraynaya edilən humanitar yardım faktoruna xüsusi diqqət çəkilir. Şübhəsiz, iki ölkə arasında münasibətlərin ABŞ prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan- ABŞ münasibətlərinin olduqca müsbət perespektivlərini də təyin edir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO