Rus həkimləri xüsusi təyyarə ilə İrəvana gəldi – Paşinyanı müayinə edəcəklər

Rus həkimləri xüsusi təyyarə ilə İrəvana gəldi – Paşinyanı müayinə edəcəklər

Hazırda oxunan: Rus həkimləri xüsusi təyyarə ilə İrəvana gəldi – Paşinyanı müayinə edəcəklər

7732

Rus həkimlərin olduğu xüsusi təyyarə Moskvadan İrəvana gəlib. Rusiya paytaxtına vacib danışıqlara getməyə hazırlaşan yüksək rütbəli Ermənistan rəsmilərindən həkimlər koronavirus üçün qan nümunələri götürməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə cümə axşamı Rusiya təhlükəsizlik qüvvələrindəki mənbələrinə istinadən WarGonzo layihəsi məlumat yayıb.

Mənbə yazır ki, prosesi Rusiya xüsusi xidmətlərindən biri nəzarətə götürüb.

Rus həkimlərinin İrəvana gəlişi ilə bağlı məlumatı Rusiyanın media meneceri Aram Qabrelyanov Ermənistanın baş naziri Nikol Paşinyan ətrafındakı mənbələrinə istinadən təsdiqləyib.

Onun sözlərinə görə, iki qrup həkim İrəvana gəlib: “Hazırda bir qrup Ermənistanın baş nazirinin iqamətgahındadır. Paşinyan artıq qan testindən keçib. İkinci qrup İrəvandakı otellərdən birində yerləşir. Paşinyanın şəxsi təyyarəsinin pilotlarını və baş nazir ofisinin, ehtimal ki, onunla birlikdə Moskvaya uçmağı planlaşdıran daha 6 əməkdaşını sınaqdan keçirməlidirlər”.

Xatırladaq ki, həkimlərin İrəvana gəlişi, habelə Ermənistan hökuməti nümayəndə heyətinin Moskvaya gözlənilən səfəri barədə rəsmi məlumat hələ təsdiqlənməyib.

Əvvəllər Ermənistan Baş nazirinin epidemioloji vəziyyətlə əlaqədar özünü təcrid etdiyi məlum olub. Yeri gəlmişkən, 2020-ci ilin yayında Paşinyan və ailə üzvlərinin COVID-19-dan əziyyət çəkdikləri bildirilib.

Xatırladaq ki, koronavirusa yoluxan Ermənistan prezidenti Armen Sarkisyan Londonda özünü təcrid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO