İlham Əliyev gələn il istifadəyə veriləcək 2 elektrik stansiyalarının əhəmiyyətindən danışdı

İlham Əliyev gələn il istifadəyə veriləcək 2 elektrik stansiyalarının əhəmiyyətindən danışdı

Hazırda oxunan: İlham Əliyev gələn il istifadəyə veriləcək 2 elektrik stansiyalarının əhəmiyyətindən danışdı

77227

“Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Azərbaycan lideri xatırladıb ki, bu il dünyanın aparıcı enerji şirkətləri olan "ACWA Power" və "Masdar" şirkətləri ilə iki təməlqoyma mərasimi keçirilib:

“Hazırda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək elektrik stansiyaları inşa edilir. Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik".

Azərbaycan Prezidenti çıxışında Xəzər dənizinin və işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından da danışıb. 

Qeyd edib ki, hesablamalara görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat, Kəlbəcər və Laçının potensialı isə 9-10 min meqavat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO