İlham Əliyev: “Füzulidən Şuşaya dəmir yolu çəkiləcək”

İlham Əliyev: “Füzulidən Şuşaya dəmir yolu çəkiləcək”

Hazırda oxunan: İlham Əliyev: “Füzulidən Şuşaya dəmir yolu çəkiləcək”

7717

“Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrdən danışarkən bildirib.

“Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər halda indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”, deyə Azərbaycan lideri qeyd edib.

Prezident həmçinin bildirib ki, Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək, çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO