İsrail Ali Məhkəməsi Azərbaycana silah ixracına qarşı qaldırılmış vəsatəti rədd edib. Məhkəmənin qərarında Azərbaycanın Ermənistana qarşı hərbi cinayət törətməsinə dair heç bir sübut olmadığı bildirilib.
Qeyd : “Yəhudi Qəlbi” təşkilatı İsrail Ali Məhkəməsində Azərbaycana silah ixracının dayandırılması ilə bağlı vəsatət qaldırmışdı. Səbəb kimi guya Azərbaycan tərəfinin hərbi cinayətlər törətdiyi göstərilmişdi.