Moskva görüşündən sonra müharibə yenidən başlaya bilərmi? – EKSPERT

Moskva görüşündən sonra müharibə yenidən başlaya bilərmi? – EKSPERT

Hazırda oxunan: Moskva görüşündən sonra müharibə yenidən başlaya bilərmi? – EKSPERT

7706

“Yanvarın 11-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli görüşü ehtimal olunur.

Bu görüş kifayət qədər həssaslığı ilə yadda qalacaq. Düşünürəm ki, həmin görüşdə müzakirə olunacaq bəzi məsələlərlə bağlı razılıq əldə olunub. Görüş zamanı tərəflər arasında yenidən fikir mübadiləsi aparılacaq. Nəticə etibarı ilə Cənubi Qafqazda Rusiyanın vasitəçiliyi sayəsində uzunmüddətli sülhün əldə olunmasını əks etdirən sənədlə qarşılaşa bilərik.”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, görüş ətrafında baş verənlər, ələlxüsus da Ermənistandakı hadisələr onu deməyə əsas verir ki, İrəvandakı istefa sədalarına baxmayaraq, Rusiya prezidenti Putin qərbpərəst Paşinyanı dəstəkləyir.

“Eyni zamanda Azərbaycan ictimaiyyətini ciddi narahat edən məsələlər də var. Son bir neçə gündə Şuşa ətrafının xəritədə Rusiya sülhməramlılarının vasitəsilə daraldılması sosial şəbəkələrdə etiraz doğurub. 2 gün əvvəl Ara Ayvazyanın nümayişkaranə şəkildə Xankəndinə gəlməsi, separatçıların “rəhbərləri” ilə görüşməsi və bayraqların fonunda sənədə imza atması qəbuledilməzdir. Üçtərəfli görüşlər belə qanunsuzluqlara son qoymağı özündə ehtiva edə bilər.

Əks halda bir müddət sonra regionda yeni savaşın başlanması heç də uzaqda olmayacaq”.
Görüşün təxmin edilən mövzularından bəhs edən politoloq sərhədlərin delimitasiyasının da müzakirə olunma ehtimalından söz açdı.

“Ümumiyyətlə, Zəngəzur ətrafında maraqlı hadisələr yaşanmaqdadır.

Bildiyiniz kimi,1920-ci ildə faktiki olaraq Zəngəzur 2 yerə parçalanıb. Qərb hissəsi Azərbaycandan icazəsiz ermənilərə verilib, şərqi isə 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən tam işğal olunub. İndi həmin hissənin azad olunması üçün sərhədlər müəyyənləşdirilir”.

Zaur Məmmədov Türkiyənin ayrı-ayrı rəsmiləri tərəfindən Zəngəzurla bağlı maraqlı açıqlamalara toxunaraq Moskvada baş tutacaq görüşdə Azərbaycan və Türkiyə arasında yaradılacaq dəhlizin də müzakirə olunacağını istisna etmədi.

Politoloq sonda vurğulayıb ki, bu günə qədər Moskva ilə Bakı və Ankara arasında bəzi razılaşdırılmış məsələlər var ki, görüşdə onların da həll olunması gözlənilir.

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO