“Ukraynadakı uğur “bütün dünyanı” “Bayraktar”ın müştərisinə çevirib” - Səlçuk Bayraktar 

“Ukraynadakı uğur “bütün dünyanı” “Bayraktar”ın müştərisinə çevirib” - Səlçuk Bayraktar 

Hazırda oxunan: “Ukraynadakı uğur “bütün dünyanı” “Bayraktar”ın müştərisinə çevirib” - Səlçuk Bayraktar 

77004

“Ukraynanın “Bayraktar” TB2-lərlə Rusiyanın artilleriya sistemlərini və zirehli texnikasını məhv etməsi “bütün dünyanı” bu PUA-ların müştərisinə çevirib”.  

Bizim.Media “gdh.digital”a istinadən xəbər verir ki, “Baykar” şirkətinin rəhbəri Səlçuk Bayraktar və qardaşı Haluk Bayraktar “Bayraktar” TB2 PUA-larının texnologiyanın müasir müharibələrdə yaratdığı inqilabı nümayiş etdirdiyini bildirib.  

S.Bayraktar bu barədə “Reuters”ə danışıb:  

“Bayraktar” TB2-lər tam olaraq etməli olduqlarını edir. O, ən qabaqcıl zenit sistemlərindən tutmuş, təkmilləşdirilmiş artilleriya sistemlərinə və zirehli texnikaya qədər bütün elementlərə qarşı effektivliyini nümayiş etdirir”.  

O, Azərbaycan ordusunun 2020-ci ildə Qarabağda istifadə etdiyi bu PUA-ların Ukraynada da effektiv olduğunu bildirib:  

“Qarabağın qanunsuz işğalı gəncliyimizdən bəri bizim üçün ürək ağrısı olub. Bu texnologiyanı inkişaf etdirən mühəndislər olaraq buradakı qardaş və bacılarımıza torpaqlarını geri qaytarmaqda kömək etmək bizim üçün şərəfdir.  

Ukraynada da oxşar vəziyyət var. Bu qeyri-qanuni işğaldır və buna görə “Bayraktar” TB2 Ukraynanın şərəfli xalqına öz ölkələrini müdafiə etməyə kömək edir”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO