Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul olundu - FOTO

Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul olundu - FOTO

Hazırda oxunan: Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul olundu - FOTO

76852

Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin əmək nazirlərinin videokonfrans formatında iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə keçirilən iclas COVID-19 kontekstində Qoşulmama Hərəkatı ölkələrində ortaya çıxan çağırışlarla bağlı sosial sahədə, habelə əmək bazarı və əmək hüquqlarının təminatı, işçilərin, həssas qrupların sosial müdafiəsi ilə bağlı fəaliyyət istiqamətlərinə həsr olunub. 

Daha sonra iclasın gündəliyi qəbul edilib, BƏT-in Baş Direktoru Qay Rayderin, üzv dövlətlərin nümayəndələrinin çıxışları olub, ümumi müzakirələr aparılıb.

İclasın yekunu olaraq Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul edilib. 

Bəyannamədə COVID-19-un mənfi təsirlərinin aradan qaldırılması istiqamətində birgə səylərin artırılmasının, həmrəyliyin, əmək bazarı islahatlarının davam etdirilməsinin, xüsusilə həssas qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsinin xüsusi önəmi ifadə edilir.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində innovativ yeniliklərin, rəqəmsal platformaların və əlaqəli texnoloji yeniliklərin geniş şəkildə tətbiqinin, sosial dialoqun, yeni strategiyaların hazırlanmasının əhəmiyyəti, aktiv məşğulluq proqramlarının genişləndirilməsi zərurəti və s. qeyd edilir.

Əmək bazarı islahatlarında BƏT-lə fəal əməkdaşlıq təşviq olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO